Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:33
Freedom House təşkilatı Azərbaycanda gənc blokçuların həbsindən dərin narahatlıq bildirib.

Təşkilatın yaydığı bəyanatda deyilir ki,
bu addım bloqçuları susdurmağa , mediyaya qarşı yönəlib.

Təşkilatın icraçı direktoru Jennifer Windsor bildirib ki, gənc bloqçular Adnan Hacızadəylə Emin Millinin həbsi Azərbaycanda azad ifadə və daima
haqsızlıqlarla üzləşən adi vətəndaşların vəziyyətinin bərbat, ağır olmasından xəbər verir.

Bəyanatda daha sonra deyilir ki, Avropa Şurası və ATƏT - də daxil olmaqla hökumət və qeyri hökumət təşkilatlarının müşahidəçiləri Azərbaycanda söz azadlığının vəziyyətini dəfələrlə kəskin tənqid ediblər.

AzadAvropa və AzadlıqRadiosu, habelə BBC kimi ölkədə fəaliyyət göstərən beynəlxalq radiolar maneələrlə üzləşirlər və ola bilsin ki, hakimiyyət növbəti bələdiyyə və parlament seçkiləri ərəfəsində kütləvi informasiya vasitələri üzərində daha kəskin nəzarət tədbiq etməyə hazırlaşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG