Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:40
«Həyata keçirdiyimiz «Seçici istəklərinin öyrənilməsi proqramı»nın yekunları onu deməyə əsas verir ki, deputatların təxminən 30 faizi iclaslarda fəaldır, müzakirələrə qatılırlar».

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli «İşdən sonra»da belə deyib.

Deputat Pənah Hüseyn isə bildirir ki, bunu çox optimist dəyərləndirmə hesab edir:

«Fikrimcə, Milli Məclis parlament kimi fəaliyyət göstərmir. Bütövlükdə icra hakimiyyətinin sifarişini yerinə yetirir. Əgər bir neçə nəfər siyasi mənsubiyyətə görə fəallıq göstərirsə, bunu parlamentin fəallığı kimi qəbul etmək olmaz».

P.Hüseyn deyir ki, deputatlar icra hakimiyyətini qorumaqda 80 faiz fəaldır:

«Amma xalqı, cəmiyyəti, vətəndaşın və seçicinin hüquqlarının qorunmasında bu tamamilə əksinədir, yaxud bir az da aşağıdır».

SÖHBƏTİ SƏS FAYLINDA DİNLƏYİN

Şərhləri göstər

XS
SM
MD
LG