Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:23

Əfqanıstana ordu göndərməkdə tələsmək lazım deyil


Birləşmiş Ştatların Əfqanıstandakı səfiri Karl Aykenberri hesab edir ki, Əfqanıstanda korupsiyayla mübarizədə ciddi irəliləyişə nail olunmayınca bu ölkəyə əlavə qüvvələr göndərilməməlidir.

Vaşinqton Post qəzetinin yazdığına görə bu barədə səfirin Ağ evə göndərdiyi yazılı müraciətdə bildirilir.

Əfqanıstana əlavə hərbi qüvvələr göndərilməsini hərbçilər təkid edir.

ABŞ prezidenti Barak Obama bu məsələni müzakirə etmək üçün dünən yüksək rütbəli komandirlərlə görüşüb.

Söhbət Əfqanıstana 40 mindək əlavə qüvvə göndərilməsindən gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG