Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:56

Medvedyev deyir ki, Rusiya yenidən böyük dövlətə çevrilməlidir


Rusiya prezidenti Dmitri Medvedyev televiziya ilə xalqa müraciətində deyib ki, Rusiyanı hərtərəfli müasirləşdirmək yolu ilə yenidən böyük dövlətə çevirməliyik.

Medvedyev deyib ki, ölkənin və xalqın nüfuzu həmişə keçmişdəki nailiyyətlərlə bağlı ola bilməz. Ölkə yeni texnologiyalar vasitəsilə dirçəldilməlidir.

Rusiya qlobal maliyyə böhranından ən çox ziyan görən ölkələrdən biri hesab olunur. Dünya Bankı neftin qiymətinin qalxmasına baxmayaraq, bu il Rusiya iqtisadiyyatının həcminin 8,7 faiz azalacağını proqnozlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG