Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:04
Türkiyə hökuməti Azərbaycanla viza rejimini qarşılıqlı olaraq aradan qaldırmağı planlaşdırır. «Sabah» qəzetinin yazdığına görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının toplantısında deyib. O, qarşıdakı günlərdə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyəyə səfər edəcəyini və məsələ ilə bağlı saziş imzalanacağını bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov isə deyir ki, nazirin yaxınlarda Türkiyəyə səfər edəcəyilə bağlı onda hər hansı məlumat yoxdur. Amma sözçü bu məsələnin gündəlikdə olduğunu deyir. E.Poluxov bildirir ki, hələ bu ilin yayında iki ölkə XİN-in konsulluq idarələri arasında bu barədə məsləhətləşmələr aparılıb:

«Müzakirə zamanı Azərbaycan tərəfinin Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv olunması məsələsi olub. Azərbaycanın müvafiq dövlət strukturlarında bu məsələnin razılaşdırılması prosesi həyata keçirilir, konkret qərar qəbul edilməsi haqqında məlumat yoxdur, amma məsələ gündəmdədir».

E.Poluxov deyir ki, hazırda Azərbaycana gələn Türkiyə vətəndaşları pulsuz viza alırlar və söhbət də elə bunun tam ləğvindən gedir.

Azərbaycan vətəndaşları üçün isə Türkiyəyə gediş-gəliş 30 günlük vizasızdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG