Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:20

Amnesty İnternational gənclərin həbsindən narahatdır


“ Amnesty İnternational ” təşkilatı gənc fəallar Emin Milli və Adnan Hacızadənin həbsindən narahatlıq bildirib.
Təşkilatın Avropa və Orta Asiya üzrə əməkdaşı Lydia Aroyo bildirib ki, təşkilat polis və məhkəmə orqanının bu işi obyektiv araşdırmaması, potensial şahidlərin dindirilməməsi və hadisə yerindəki təhlükəsizlik kameralarının aldığı görüntülərin araşdırılmamasından narahatdır və bu ümumilikdə hökmün ətlətli olmasını kölgə altında qoyur.

O qeyd edib ki, “ Amnesty İnternational ” təşkilatı ümumilikdə Azərbaycanda söz azadlığının vəziyyətindən dərin narahatdır.
XS
SM
MD
LG