Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:16

Klinton Pxenyanla Seul arasındakı hərbi insidentə münasibət bildirib


Şimali və Cənubi Koreya gəmiləri arasında baş vermiş silahlı toqquşma Birləşmiş Ştatların Pxenyana elçi göndərməsinə mane olmayacaq.

Bunu Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton deyib.

O qeyd edib ki, bu missiyanı yerinə yetirəcək Stiven Bosuortun əsas vəzifəsi Pxenyanı onun nüvə proqramıyla bağlı çoxtərəfli danışıqlara dönməyə inandırmaqdır.

Bundan əvvəl Sarı dənizdə Cənubi və Şimali Koreyanın hərbi gəmiləri arasında atışma olduğu və Şimali Koreya gəmisinin ciddi zədələndiyi xəbər verilmişdi.
XS
SM
MD
LG