Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:55
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü gözlənilir. Bu barədə jurnalistlərə Xarici İşlər naziri Elmar Məmmədyarov məlumat verib. O deyib ki, görüşün Avropa şəhərlərinin birində baş tutacağı nəzərdə tutulur:

- Ancaq hələ tarix və yer haqqında dəqiq heç nə deyə bilmərəm. Bununla bağlı hazırda protokollar dəqiqləşdirilir. Yəqin ki, bu günlərdə məlumat veriləcək.

E.Məmmədyarovun sözlərinə görə, artıq razılıq əldə edilib ki, prezidentlərin görüşündən sonra Xarici İşlər nazirləri Afinada danışıqlar prosesini davam etdirsinlər. Nazirlərin Afina görüşünün bu il dekabrın 1-i və 2-si gerçəkləşəcəyi gözlənilir:

- Ancaq mən inanmıram ki, biz tezliklə axırıncı mərhələyə gəlib çıxaq. Əgər kimsə 1989-cu ildə desəydi ki, iki il ərzində SSRİ dağılacaq, xalq buna fantaziya kimi baxardı.

Nazir həmçinin bildirib ki, hazırda ATƏT Laçın yolunun istifadə mexanizmi ilə bağlı arayış hazırlayır. Ancaq hələ ki, bu arayış hazır deyil.

Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü bu il oktyabrın 9-da MDB dövlət başçılarının sammiti çərçivəsində Kişinyovda keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG