Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:42

Bakıda 4 nəfər İran vətəndaşı məhkum edilib


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə silah və narkotik vasitələr gətirməkdə ittiham olunan İran vətəndaşlarının məhkəməsi başa çatıb.

Onlar - Səməndəri Həmid Məhər oğlu, Rzayi Mirzabil Mirzəyar oğlu, Azərbaycanın Yardımlı rayon sakinləri Xurşudov Mirzabil Mirzəyar oğlu və Mirhəzərov Mirhani Mircəfər oğludur.

Məhkəmə hökmünə görə, həmin şəxslər bu ilin yanvarın 25-də Biləsuvar rayonu ərazisindən ölkəyə 10 kq həşiş, 2 kq 901 qram heroin və 1 ədəd TT markalı tapança keçirərkən sərhədçilər tərəfindən saxlanılıblar.

Məhkəmənin hökmü ilə Səməndəri Həmir 14 il 6 ay, Rzayi Mirzabil 14 il, Xudşudov Mirzabil və Mirhani Mirhəzərov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG