Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:19

Almaniyayla Fransa müharibənin sona yetməsini qeyd edirlər


Almaniyayla Fransa ilk dəfədir ki, birgə Birinci Dünya Müharibəsinin sona yetməsini qeyd edirlər.

Almaniyanın kansleri Angela Merkellə Fransa prezidenti Nikole Sarkozi Parisdə keçirilən mərasimdə naməlum əsgərin abidəsi önünə əklil qoyublar.

Fransada bu bayram barışıq günü kimi qeyd olunur.

Xatırladaq ki, 1918-ci il noyabrın 11-də Almaniyayla Antanta arasında müharibəyə son qoyulmasıyla bağlı saziş imzalandı.

Nikole Sarkozi ötən həftə demişdi ki, Angela Merkelin səfəri son zamanlar iki ölkə arasında bir qədər gərginləşmiş münasibətin yaxşılaşmasına xidmət edəcək.
XS
SM
MD
LG