Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:35

«Generalların döyüşü başa çatdı…»


Keçmiş hərbi komissar Əliağa Hüseynov

Keçmiş hərbi komissar Əliağa Hüseynov

«Bizim Yol»: Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant Əliağa Hüseynov Azərbaycan Respublikasının hərbi komissarı vəzifəsindən azad edilib.

Xatırladaq ki, mətbuat Ə.Hüseynovla müdafiə naziri Səfər Əbiyev arasında çəkişmə olduğu barədə dəfələrlə məlumat yayıb. Elə dünən «Azadlıq» qəzeti hərbi komissarın döyüşdən qalib çıxdığını manşet xəbərində tirajlamışdı.

Bir neçə gün əvvəl isə «Yeni Müsavat» qəzeti korpus komandanı general leytenant Mahmud Həmzəyevin istefaya göndərilməsini, Ali Hərbi Məktəbin rəisi Heydər Priyevin xidməti yerinin dəyişdirilməsini Səfər Əbiyevin məğlubiyyəti kimi dəyərləndirmişdi.

Amma prezidentin sərəncamı hər şeyin tərsinə olduğunu göstərdi. Bu döyüşdən hələlik Səfər Əliyev qalib çıxdı.

«Yeni Müsavat»: İqtidar deputatları da büdcə layihəsini bəyənmədi

Milli Məclisdə gələn ilinin dövlət büdcəsi müzakirə olunan zaman müsavatçı deputat qrupu sənədin geri qaytarılmasını tələb edib. Hökumət üzvlərinin də iştirak etdiyi iclasda spiker Oqtay Əsədov müzakirələrin 4 gün davam edəcəyini bildirib.

«Yeni Azərbaycan»: YAP-ın namizədlərinin 95 faizdən çoxu qeydiyyatdan keçib

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov belə deyir: «YAP dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə bir ilə yaxındır hazırlaşır. İlin əvvəlindən başlayan hazırlıq prosesi bu günə qədər davam edir. Bizim partiyanın seçkilərlə bağlı tədbirlər planı var. Həmin plana uyğun olaraq bir sıra tədbirlər keçirdik».

«Şərq qəzeti»: Əgər Ermənistan Azərbaycan torpaqlarını işğal etməsəydi...

Deputat Aydın Mirzəzadə yazdığı məqalədə Ermənistan və Azərbaycanın münaqişədən sonrakı vəziyyətlərini müqayisə edir:

«Bugünkü gün Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsini, onun tərəfindən ərazi bütövlüyünə hörmət edilməsini, bir milyona qədər daxili məcburi köçkününün öz evlərinə qayıtmasına şərait yaradılmasını tələb edir.

Əvəzində rəsmi Bakı ölkənin Dağlıq Qarabağ ərazisinə böyük və nüfuzlu dövlətlərin zəmanət duracağı yüksək muxtariyyət, orada yaşayan və yaşayacaq əhaliyə yüksək həyat şəraiti və həqiqi vətəndaş hüquqları vəd edir. Eyni zamanda Ermənistanla bütün ikitərəfli əlaqələri bərpa edir».

«525-ci qəzet»: Bakıda virus əleyhinə maskalar «yoxa çıxıb»

Son günlər yerli apteklərdə qoruyucu maskaların və dərman preparatlarının qiymətlərinin bir neçə dəfə artması Səhiyyə Nazirliyində narahatlıq yaradıb. «Ölkədə kifayət qədər qoruyucu maska və dərman ehtiyatı var. Sadəcə, bəzi apteklər tələbatın artmasından sui-istifadə edərək, qiymətləri süni şəkildə artırır». Bu barədə Səhiyyə Nazirliyinin Sanitariya Epidemioloji Nəzarət Sektorunun müdiri Viktor Qasımov bildirib.

«Bakı Xəbər»: Apteklərdə saxta «donuz qripi» vaksinləri peyda olub?

Apteklərdə saxta «donuz qripi» vaksini peyda olub. Bu barədə redaksiyamıza oxuculardan biri məlumat verib. Oxucunun bildirdiyinə görə, qonşusu ona paytaxt apteklərində «donuz qripi» əleyhinə vaksin satıldığını deyib. Təəssüf ki, oxucu həmin dərmanın qiymətini və adını müəyyən edə bilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG