Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:15

«Bir daha aydın oldu ki, Qənimət Zahidin həbsi siyasi qərardır»


Elza Vidal
«Azərbaycan qanunlarına əsasən, Qənimət Zahid həbs müddəti bitməmişdən - cəzasının bir hissəsini çəkdiyi üçün azadlığa buraxıla bilər. Təəssüf ki, onun bu hüquqdan istifadəylə bağlı müraciəti təmin edilməyib. Biz bu haldan çox təəssüflənirik. Çünki müxalifət qəzetinin redaktorunu həbsə atmaq kimi axmaq bir qərarı ləğv etmək üçün yaxşı imkan var idi».

Bunu «Sərhədsiz Reportyorlar» Təşkilatının Avropa və keçmiş sovet respublikaları üzrə nümayəndəsi Elza Vidal deyib.

Noyabrın 9-da Bakı Apelyasiya Məhkəməsi həbsdə olan «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin şikayətini təmin etməyib. Qənimət Zahid vaxtından əvvəl azadlığa buraxılmasını istəyirdi.

Elza Vidal:

«Qənimət Zahidin ona hücum etdiyini deyən qadının özü fırıldaqçılığa görə mühakimə edilib. Bu da sübut edir ki, redaktora qarşı sürülən ittihamlar tamamilə əsassız olub. İttihamların əsassız olmasına baxmayaraq, bu vəziyyətin davam etməsi sübut edir ki, Qənimət Zahid məhz siyasi sifarişlə həbsə atılıb».

Qənimət Zahid 2007-ci ilin noyabrından həbsdədir. O, xuliqanlıqda ittiham olunaraq 4 il azadlıqdan məhrum edilib.

HƏMÇİNİN OXU:

4 İLİN YARISI GETDİ...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG