Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:35
Rügen - Almaniyada məşhur turizm bölgələrindən biri kimi tanınır. Ancaq Baltik dənizinin adası indi yeni rolda çıxış edir - Rusiyadan Almaniyaya uzanan «Şimal Axın» qaz kəmərinin yükboşaltma rolunda. Belə görünür ki, kəmərin ilk hissələri gələn yaz dənizə endiriləcək. Kəmər Baltik ölkələri və Polşadan yan ötməklə, Rusiya, Finlandiya, İsveç, Danimarka və Almaniya sularından keçəcək.

«ŞİMAL AXIN»IN MƏQSƏDİ

«Şimal Axın» layihəsi Moskva və Berlin arasında əldə edilmiş müstəsna razılaşmanın bir hissəsidir. Onu Polşadan yan keçən, 1939-cu ilin «Molotov-Ribbentrop razılaşması» da adlandırırlar. Kəmər Şərqi Avropadan quru yolla keçsəydi, indikindən xeyli ucuz başa gələrdi. Ancaq «Şimal Axın»ın məqsədi lap əvvəldən Moskvanın öz təsir dairəsi hesab etdiyi ölkələrdən yan keçmək olub.

Rusiyanın geosiyasi mesajı aydındır: Moskva Avropa Birliyinin yeni üzv dövlətlərinə tranzit ölkələr, yaxud da enerji istehlakçıları kimi etibar etmir və onlardan yan keçmək üçün xeyli vəsait xərcləyir.

Digər tərəfdən, Kreml Almaniyanın qaz təchizatını azaltmadan, hazırkı kəmərlə Şərqi Avropanın qazını kəsə biləcəyini düşünür. Bəs Almaniyanın bu məsələdə qonşularına çatdırmaq istədiyi mesaj nədir?

«Şimal Axın» layihəsi Almaniyanın keçmiş kansleri Qerhard Şröder tərəfindən dəstəklənib. İndi o, layihənin rəhbərlərindən biridir.

ANGELA MERKEL LAYİHƏNİ AVROPA BİRLİYİNİN DƏSTƏKLƏMƏSİNƏ NAİL OLUB

Hazırkı kansler Angela Merkel isə layihəni Avropa Birliyinin dəstəkləməsinə nail olub. Baxmayaraq ki, kəmər konsorsiumu İsveçrədə qeydiyyatdan keçib və Rusiyanın «Qazprom»u tərəfindən idarə olunur. Kəmərin tikintisinə onlarla şirkət cəlb edilsə də, onlardan heç biri Baltik, Mərkəzi və ya Şərqi Avropadan deyil.

Bu yaxınlarda Almaniyada keçirilən seçkilərin nəticələri Rusiya ətrafı ölkələrdə bir qədər ümid yaratmışdı. Güman edilirdi ki, Moskva yönlü Sosial Demokrat Partiyasının hökumət koalisiyasından çıxması ilə
Angela Merkel və Dmitri Medvedev Almaniya-Rusiya məsləhətləşmələrində, 16 iyul 2009
«Şimal Axın»ı razılaşmasının şərtləri dəyişə və marşrutun Şərqi Avropa ərazisi və ya sularından keçməsi üçün Rusiyaya təsir edilə bilərdi.

Ən azı ümid vardı ki, Berlin Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyi üçün «Nabucco» kəmərini dəstəkləyəcək. Necə də olsa, axı Almaniyanın RWE şirkəti «Nabucco» konsorsiumunun bir hissəsidir və bu layihənin rəhbərliyinə Almaniyanın keçmiş Xarici İşlər naziri Yoşka Fişer gətirilib.

Ancaq «Şimal Axın»ı ilə bağlı son irəliləyiş bütün ümidləri puça çıxartdı. Skandinaviya ölkələri indiyə kimi layihəni təsdiqləməyib, ətraf mühit məsələlərini qaldırıblar. Bunu isə daha çox kəmər tikintisinin gətirəcəyi geosiyasi narahatlıqlarla bağlayırlar. Bununla belə, ötən həftə Finlandiya və İsveç Danimarka kimi kəmərin tikintisinə razılıq verib.

AVROPA BİRLİYİNİN VAHİDLİYİ GÖRÜNTÜSÜNƏ ZƏRBƏ

Bu siyasi impuls qaz kəməri hissələrinin Rügen və digər yükboşaltma məntəqələrinə çatdırılması prosesini sürətləndirib. Çox ehtimal ki, Moskvanın sevimli layihəsinin reallaşması gələn ilin əvvəlində başlasın və Avropanın Rusiya qazından enerji asılılığını azaltmağa çalışanlara rəmzi zərbə olsun. Bu ən çox da enerji təhlükəsizliyi məsələsində Avropa Birliyinin vahidliyi görüntüsünə zərbə olacaq.

Rusiyanın qonşuları – həm Avropa Birliyinə daxil olan, həm də olmayan ölkələr artıq çaşqınlıq içindədirlər. Çünki Vaşinqtonun Rusiya ilə münasibətdə «yeniləmə» siyasətinə başlamaq haqda qərarından sonra həmin ölkələr Avro-Atlantikanın da onlardan üz döndərdiyi hissindən qurtula bilmirlər.

Rəsmi Berlinin «Şimal Axın» kəməri ilə bağlı münasibətini bundan sonra dəyişəcəyi gözlənilmir. Ancaq yenidən kansler seçilmiş Angela Merkel Baltik dənizinin dibi ilə çəkiləcək kəmərin verəcəyi mesajla ehtiyatlı olmalıdır.

Avropa Birliyindəki müttəfiqlərini arxayın etmək üçün Berlin yaxşı olardı Avropa Birliyi Komissiyasının «strateji prioritet» saydığı «Nabucco» və bir sıra kiçik layihələrin də daxil olduğu «Cənub Axın»ı layihəsini dəstəkləsin. Almaniya kimi bir ölkənin diplomatik və sözdə dəstəyi Avropa Birliyinin enerji məsələsində birliyi üçün çox əhəmiyyətlidir. Və daha vacibi - Moskvaya enerji siyasətinin «bölüşdür və hakim ol» prinsipinin müəyyən sərhədi olduğu mesajını verərdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG