Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:40

«Minsk Qrupu yeganə mümkün formatdır»


NATO-nun Baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons

NATO-nun Baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons

«Ermənistan öz qonşuları, o cümlədən Türkiyə ilə münasibətləri ilkin şərt qoyulmadan qurmaq istəyir».

Bunu Yerevanda Macarıstan prezidenti Laslo Solyomla mətbuat konfransında Ermənistan prezidenti Serj Sarkisyan deyib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması arasındakı əlaqə haqda isə Sarkisyan bildirib ki, regiondakı proseslər, uzunmüddətli sülh və sabitlik yalnız əməkdaşlıqda mümkündür.

«Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeganə mümkün format ATƏT-in Minsk Qrupudur. Problemin həllində gücdən istifadə istisna olunur».

Bunu isə Yerevanda NATO-nun Baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons deyib.

Ermənistanın Baş naziri Tiqran Sarkisyan isə Yerevanda Amerikanın Stanford Universitetində təhsil alan erməni tələbələrlə görüşdə deyib ki, Türkiyə ilə sərhədləri açmağa hazırdırlar:

«Biz bilirik ki, sərhədlərin açılmasının bizim nazirliklər üçün hansı əhəmiyyəti var».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG