Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:00

Obama Xirosima və Naqasakiyə getməyi arzulayır


ABŞ prezidenti Barak Obama Xirosima və Naqasaki şəhərlərinə getməyi arzulayır. O, həftənin sonunda Asiya ölkələrinə səfəri çərçivəsində Tokiyoda olacaq.

Vaşinqtonda Yaponiya mətbuatına müsahibə verən Obama bildirib ki, sıx iş qrafikinə görə Xirosima və Naqasaki şəhərlərinə getməsi alınmayacaq.

Hər iki şəhər dəfələrlə ABŞ prezidentlərini dəvət etsə də, Obama da daxil olmaqla Amerika prezidentlərinin heç biri bu şəhərlərdə olmayıb.

ABŞ ikinci dünya müharibəsinin sonlarında Xirosimaya atom bombası atıb, üç gün sonra Naqasaki şəhərini bombardman edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG