Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:48

Valideynlər övladlarının «casus» olmadığını deyir


İranda həbs olunan 3 amerikalının valideyni İran hökumətinin ittihamlarını rədd edib. Üç aydan çoxdur iranda tutulan gənclər casusluqda ittiham olunur.

Tehranın baş prokuroru Abbas Cəfəri noyabrın 10-da bildirib ki, 27-31 yaşlarında olan gənclərə qarşı casusluq maddəsi ilə ittiham irəli sürülüb.

Tutulanların ailəsi yazılı bəyanatda Tehranın ittihamlarının «yanlış» olduğunu bildiriblər, yenidən İran rəsmilərini rəhm edərək, övladlarını «təxirə salmadan» azad etməyə çağırıb.

ABŞ Dövlət katibi Hillari Klinton və Ağ Ev də İranın ittihamlarını qəbul etmir.

Üç amerikalı gənc iyulun 31-də İraqla sərhəddə saxlanıb. Gənclərin ailələri onların İraq-İran sərhədini təsadüfən keçdiklərini deyir.
XS
SM
MD
LG