Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:48

Psixiatr islam qruplaşması ilə əlaqəli ola bilər


13 ABŞ hərbçisini öldürən amerikalı hərbi psixiatr radikal islam qruplaşması ilə əlaqəli ola bilər.

İstintaq materiallarına görə mayor Nidal Malik Həsənlə islamçılar arasında gedən yazışma tapılıb.

Odlu silahdan yaralanan psixiatrın özünə gəldiyi və danışa bildiyi deyilir. Onu hərbi tribunal mühakimə edəcək.

Bu arada noyabrın 10-da ABŞ prezidenti Barak Obama hadisənin baş verdiyi Ford Hot bazasına gedəcək, hərbçilər qarşısında çıxış edəcək.
XS
SM
MD
LG