Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:19

Obama Netanyahu ilə danışıqlar aparıb


ABŞ prezidenti Barak Obama İsrail Baş naziri Binyamin Netanyahu ilə danışıqlar aparıb. Yaxın Şərqdə sülh prosesi müzakirə olunub.

İki ölkə rəsmisi görüşdən sonra açıqlama verməyib.

Bundan əvvəl Netanyahu yəhudi icmasının nümayəndələri ilə görüşəndə deyib ki, o, heç bir ilkin şərt olmadan Fələstinlə sülh danışıqlarının bərpa edilməsini dəstəkləyir.

Amerika və İsrail arasında münasibətlər son vaxtlar gərginləşib. ABŞ tələb edirdi ki, İsrail İordan çayının qərb sahilində yaşayış məntəqələrini salmağı dayandırsın, İsrail Baş naziri imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG