Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:56

İsveçrədə qalmaqallı Azərbaycan günləri


Alternativ ədəbiyyat toplusu
Alternativ ədəbiyyat toplusu
İsveçrədə keçirilən, açılışında prezident İlham Əliyevin də iştirak etdiyi Azərbaycan mədəniyyəti günlərində alternativ ədəbiyyatın və tənqidi fikirlərin yer alması qalmaqala səbəb olub.

Festival çərçivəsində keçirilən seminarlardan birində əsas natiq Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Qrupunun keçmiş həmməruzəçisi Andreas Qrossdur. Onun məruzəsi «Neftdən varlı, demokratiyadan yoxsul Azərbaycan» haqqındadır.

Festival ərəfəsində tədbiri təşkil edən İsveçrənin «Culturescape» təşkilatı Azərbaycan mədəniyyəti haqqında bir toplu dərc edib ki, qalmaqala səbəb olan məqamlardan biri də odur.

ALTERNATİV ƏDƏBİYYAT

Həmin topluda hazırda həbsdə olan gənc fəal Emin Millinin məqaləsi, ədəbiyyat bölümündə isə Azad Yazarlar Ocağının üzvləri olan və rəsmi ədəbi siyasətlə razılaşmayan yazarların - Sevinc Pərvanə, Günel Mövlud, Əli Əkbər və Seymur Baycanın əsərləri əksini tapıb. Bu yazısında Emin Milli gənclərin şəbəkələşərək dəyişikliyə can atmasından və problemlərin həlli üçün demokratiyanın bərqərar olmasının zəruriliyindən söz açır. Əli Əkbərin iki hekayəsindən biri «Tualet əhvalatı» adlanır, digərində isə Türkmənbaşı və onun ölümündən sonrakı həyatı haqqında danışılır.

Festival çərçivəsində də Əli Əkbərin iştirakı ilə bir neçə seminar planlaşdırılır. AzadlıqRadiosuna daxil olan məlumatlara görə, bütün bunlar festivalın həmtəşkilatçıları olan «Culturescape» və Azərbaycanın Mədəniyyət və
Emin Millinin məqaləsi
Turizm Nazirliyi arasında gərginliyə səbəb olub.

«MƏDƏNİYYƏT NAZİRLİYİ İLƏ BU NƏTİCƏYƏ GƏLMƏK ASAN DEYİLDİ»


AzadlıqRadiosunun «İşdən sonra» proqramında müzakirə olunan festivalın təşkilatçısı, «Culturescape» təşkilatının rəhbəri Yurian Koyman deyir ki, tədbir çərçivəsində «Əli və Nino», Nizaminin «Leyli və Məcnun» əsərlərinə də yer ayrılıb. Amma festivalda müasir yazarlardan yalnız Əli Əkbərin çıxış etməsi onun əsərlərinin almancaya tərcümə olunması ilə bağlıdır.

Yurian Koyman: «Partnyorumuz olan Azərbaycan Mədəniyyət Nazirliyi ilə bu nəticəyə gəlmək asan deyildi. Biz Mədəniyyət Nazirliyi ilə danışıqlarda dəfələrlə qeyd etdik ki, Azərbaycan İsveçrədə o qədər də tanınmır və buna görə də kənardan baxışın əks olunması çox yaxşı olar. Biz dedik ki, ola bilsin ki, orda heç də yüz faiz qəbul olunan, xoşa gələn mövqelər olmasın. Alim Qasımov, Əzizə Mustafazadə və Salman Qəmbərov kimi mədəniyyət ustaları ilə yanaşı alternativ istiqamətlərin də əks olunmasına çalışdıq».

İSVEÇRƏ İLƏ AZƏRBAYCANIN FƏRQİ

Yurian Koyman deyir ki, narahatlıqlara baxmayaraq, festival işini davam etdirir. Onun sözlərinə görə, müqavilədə də qeyd olunduğu kimi, kitabın festivalla birbaşa əlaqəsi yoxdur:

Əli Əkbər
«Festival proqramına gəlincə, onu razılaşdırmaq o qədər də asan deyildi. İsveçrə ilə Azərbaycan mədəniyyətləri tamamilə fərqlidirlər və onlar belə məqamlarda bir-birilə toqquşur. İsveçrə bilirsiniz ki, xalq respublikasıdır və prezident referendumla bir illik müddətə təyin olunur. Qərarların qəbulu mexanizmləri də iki ölkədə çox fərqlidir».

«ÇİÇƏKLƏRDƏN VƏ AĞACLARDAN BƏHS EDƏN ƏDİBLƏR AZƏRBAYCANI TƏMSİL EDƏ BİLMƏZLƏR»


Yazıçı Əli Əkbər isə deyir ki, avropalıların onun əsərlərini seçməsinin günahkarı o deyil. Onun sözlərinə görə, qalmaqala səbəb olan, erməni və azərbaycanlı gənci arasında homoseksual məhəbbətdən bəhs edən «Artuş və Zaur» romanının bu yaxınlarda almanca nəşrindən sonra onun əsərlərinin çevrildiyi dillərin sayı səkkizə çatıb.

Bəs Azərbaycan ədəbiyyatını ənənəvi ədəbiyyatşünaslıqda «vulqarizm» kimi qiymətləndirilə biləcək əsərlər təmsil edə bilərmi?

Əli Əkbər düşünür ki, çiçəklərdən və ağaclardan bəhs edən ədiblər Azərbaycanı təmsil edə bilməzlər. Çünki ədəbiyyat reallığı əks etdirməlidir.
XS
SM
MD
LG