Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:18

Korrupsiyanı pisləyən video yayan polis zabiti işdən qovuldu


Rusiyada, internetə yerləşdirdiyi videoda korrupsiyanı pisləyən polis zabiti işdən çıxarılıb. Rusiyanın Daxili İşlər Nazirliyinin sözçüsü Oleq Yelnikov deyib ki, Aleksey Daymovskini yalan informasiya yaymaq və yoldaşlarına böhtan atmağa görə işdən çıxarıblar və ona qarşı cinayət işi açılıb.

Youtuba yerləşdirilən videoda Daymovski Novorossiyskdəki rəislərinin işçiləriylə "heyvan kimi" davrandığını, sıravi insanlara qarşı cinayət işlədiklərini iddia edirdi. Daymovski Rusiyada polislərin korrusiyaya qurşandığını, vəzifə səlahiyyətlərindən sui istifadəelədiklərini, intizamsızlığını və rüşvət almayan polislərin cinayətə qurşanan rəisləri ucbatından öldüyünü bildirirdi.
XS
SM
MD
LG