Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:55

Misirli qadını məhkəmədə öldürən almana ən ağır cəza istənilib


Almaniyada, Drezden şəhərində öz əleyhinə ifadə verən misirli hamilə qadını məhkəmə binasındaca öldürən adama ömürlük həbs cəzası istənilib. Noyabrın 9-da keçirilən məhkəmə prosesində prokuror xaricilərə qarşı nifrəti qızışdırdığı və cinayət işlədiyi üçün Aleksandr Viensin ən ağır cəza almasını tələb edib.

Aleksandr Viens onu irqçilikdə ittiham edən 32 yaşlı misirli qadını məhkəmədəcə öldürməsi bütün dünyada müsəlmanların hiddətinə səbəb olmuşdu. Məhkəmə olayla bağlı qərarı Çərşşənbə günü verəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG