Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:26

İran polisi "əl-qol kəsmək" kimi cəzaların tətbiqinə çağırır


İran polisi sərt şəriət cəzalarının - əllərin kəsilməsi kimi cəzaların tətbiqini tələb edir. İran Polisinin Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbəri Əsgər Cəfəri yerli “Əbtəkar” qəzetinə belə deyib.

Polis rəisinin sözlərinə görə, ölkədə cinayətkarlığın səviyyəsi sürətlə artır və əgər, indi bu cür sərt cəzaların tətbiqinə başlamasalar, təhlükəsizlik mühiti pozulacaq.

Şəriətə əsasən oğurluğa görə əllərin, cinayət təkrarlanarsa qolların kəsilməsi nəzərdə tutulsa da, İranda bu cür cəzalar xüsusilə də, ictimai yerlərdə çox az tətbiq olunur. BMT və insan haqları təşkilatları İranı ümumiyyətlə bu cür cəzalardan imtina etməyə çağırırlar.
XS
SM
MD
LG