Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 15:38

Xalid Bahadır AXCP-dən gedir


AXCP üzvü Xalid Bahadır «Azadlıq» qəzetinin satirik şair Mirzə Sakitlə əməkdaşlığa son qoyması qərarına etiraz olaraq partiyanın Ali Məclisi və Ali Məclisin Rəyasət Heyətindən çıxdığını bəyan edir.

Xalid Bahadırın AzadlıqRadiosuna dediyinə görə, əgər qəzet Mirzə Sakitlə bağlı qərarını geri götürməsə, o partiya üzvlüyündən imtina edəcək.

«Mən Mirzə Sakitlə bağlı verilən qərarı qərəzli qərar sayıram və hesab edirəm ki, bu qərar geri götürülməlidir».

AXCP sədrinin müavini Nurəddin Məmmədli Xaliq Bahadırın Mirzə Sakiti müdafiə etməsini müsbət qarşılayır, amma buna görə, partiyaya təzyiq göstərməyin düzgün addım olmadığını bildirir.

«Mən onun bu məsələ ilə bağlı addımını adekvat hesab eləmirəm. Çünki «Azadlıq» qəzetinin AXCP ilə nə əlaqəsi var? Qəzetin öz təsisçi qrupu var və onlar müstəqil fəaliyyət göstərirlər. Bu prosesləri bir-birinə qarşı qoymaq qətiyyən normal hal deyil».
XS
SM
MD
LG