Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:05

Bu gün 8 Azərbaycan vətəndaşında donuz qripi aşkar olunub


Bu gün Azərbaycanda daha 8 nəfərin H1N1 qripinə yoluxduğu müəyyən edilib. Onların 3 nəfəri Ukraynadan, 1 nəfəri Türkiyədən gəlib, 3 nəfər Ukraynadan gəlmiş vətəndaşlarla təmasda olanlardır, 1 nəfər isə Böyük Britaniya vətəndaşıdır.

Bu barədə Səhiyyə Nazirliyinin Sanitariya Epidemioloji Nəzarət sektorunun müdiri Viktor Qasımov AzadlıqRadiosuna məlumat verib. Onun dediyinə görə, xəstələrin hamısının vəziyyəti kafidir, ağır olan yoxdur.

Bundan əvvəl noyabrın 4-dən başlayaraq 3 nəfər donuz qripinə yoluxmuş xəstə müəyyən edilmişdi. Onlardan ikisi sağalıb evə buraxılıb. Hazırda Azərbaycanda 9 nəfər donuz qripi xəstəsi var.

XS
SM
MD
LG