Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:20

Bakıda iki iritutumlu avtobus toqquşdu, yaralılar var


Bakının Nəsimi rayonu ərazisində çoxsaylı xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə saat 09.30 radələrində Mirəli Qaşqay və Hənifə Ələsgərova küçələrinin kəsişməsində baş verib. İki iritutumlu 288 və 169 saylı marşrut avtobusları toqquşub. Toqquşmadan sonra avtobuslardan biri yaxınlıqdakı uşaq bağçasının həyətinə daxil olub.

Nəsimi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, nəticədə hər iki avtobusda ümumilikdə 20 nəfər xəsarət alıb. Onlardan 17 nəfərinə ambulator müalicə təyin olunub. Yaxınlıq yerləşən «Estetik» Med Plazaya aparılan yaralılardan 3 nəfəri isə ilkin tibbi yardım göstərilib.

Xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, yaralılara əsasən sınıq, kəllə-beyin travması və aşağı ətrafların xəsarətləri diaqnozu qoyulub.

Qəzanın baş verməsinə gəlincə, hər iki avtobusun sürücüsü bir-birilərini ittiham ediblər.

Faktla bağlı araşdırma aparılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG