Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:34

Berlin divarının dağıdılmasından 20 il keçir


Bu gün Almaniyada Berlin divarının dağıdılmasının 20-ci ildönümü qeyd olunur. 1989-cu il noyabrın 9-u gecəsi bir neçə həftə davam edən nümayişlərdən sonra Şərqi Almaniyanın kommunist hakimiyyəti Qərbi Berlinlə Şərqi Berlini bir-birindən ayıran sərhəd qapılarının açmalı olmuşdu.

SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov, Polşada o vaxtkı Solidarnost hərəkatının lideri Lex Valesa və Şərqi Avropada kommunizmin süqut etdiyi həmin dövrün bir çox digər liderləri də on minlərlə insanın iştirak edəcəyi tədbirə qatılacaqlar.

İldönümü qeyd etmək üçün ABŞ-ın dövlət katibi Hillari Klinton, Britaniyanın baş naziri Qordon Braun, Fransa prezidenti Nikola Sarkozi və Rusiya prezidenti Dmitri Medvedyev də Berlinə gələcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG