Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:27

ABŞ rəsmisi ölkədə antimüsəlman hissinin arta bilməsindən narahatdır


Birləşmiş Ştatların daxili təhlükəsizlik naziri Canet Napolitano Texasdakı faciədən sonra ölkədə antimüsəlman hissinin arta bilməsindən narahatdır.

Nazir deyir ki, neqativ hallara yol verilməməsi üçün nazirliyin əməkdaşları ictimai təşkilatlarla birgə müəyyən tədbirləri müzakirə edirlər.

Texasdakı hərbi bazada psixiator işləyən Nidal Malik Həsən ötən cümə axşamı atəş açaraq 13 adamı öldürüb, 30 nəfərisə yaralayıb.

Həmçinin Həsənin özü cavab atəşiylə yaralanıb və hazırda xəstəxanada huşşus vəziyyətdədir.

Həsən Fələstindən gəlmiş immiqrant ailəsindəndir.

Hakim dairələr hazırda hadisənin səbəbini araşdırır.

Həsənin ailəsi deyir ki, o daima iş yoldaşlarının davranışından gileylənirmiş.
XS
SM
MD
LG