Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:58

Obama Texasdakı hadisəyə görə Yaponiyaya səfərini təxirə salıb


ABŞ prezidenti Barak Obama ötən cümə axşamı Texasdakı hərbi bazada yoldaşlarını güllələyən Nidal Malik Həsənə qarşı duran və yaralılara kömək edən insanları qəhraman adlandırıb.

Hərbi psixiator olan Nidal Malik Həsən atəş açaraq 13 adamı öldürüb, 30 nəfərisə yaralayıb.

Həmçinin Həsənin özü cavab atəşiylə yaralanıb və hazırda xəstəxanada huşşus vəziyyətdədir.

Həsən Fələstindən gəlmiş immiqrant ailəsindəndir.

Hakim dairələr hazırda hadisənin səbəbini araşdırır.

Həsənin ailəsi deyir ki, o daima iş yoldaşlarının davranışından gileylənirmiş.

Prezident Barak Obama gələn çərşənbə axşamı hərbi bazada keçiriləcək matəm mərasimində iştirak etmək üçün Yaponiyaya səfərini təxirə salıb.
XS
SM
MD
LG