Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:15

Saray qəsəbəsində torpaq altında qalan sakin ölüb


Bu gün səhər saat 11 radələrində Abşeron rayonunda bədbəxt hadisə baş verib. Saray qəsəbəsində fərdi yaşayış evinin sakinləri tualet quyusu qazarkən torpağın uçması nəticəsində torpağın altında qalıblar. Məlumatı ANSPRESS yayıb.

Məlumata görə, hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin köməyi ilə torpaq altından qalanlardan biri ölü, digəri isə yaralı vəziyyətdə çıxarılıb. Yaralı dərhal Sumqayıt şəhər xəstəxanasına aparılıb.

Ölən və xəsarət alanın şəxsiyyəti hələlik məlum deyil.

İlkin versiyaya görə, hadisə yağışın torpağı yumşaltması nəticəsində baş verib.

Faktla bağlı Abşeron Rayon Polis Şöbəsi və Prokurorluğun əməkdaşları tərəfindən araşdırma aparılır.
XS
SM
MD
LG