Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:49

Ali məktəblərdə dezinfeksiya işlərinə yaxın günlərdə başlanacaq


Respublika Gigiyena və Epidemiologiya mərkəzi Bakı, Gəncə və Sumqayıt şəhərlərindəki ali məktəblərdə qrip və kəskin respirator xəstəliklərin yayılması əleyhinə birdəfəlik dezinfeksiya işləri aparmaq üçün Təhsil Nazirliyinə rəsmi müraciət ünvanlayıb. Bu barədə AzadlıqRadiosuna Gigiyena və Epidemiologiya mərkəzinin direktor müavini Vaqif Abdullayev məlumat verib.

Vaqif Abdullayevin dediyinə görə, Təhsil nazirliyi onlara ali məktəblərin yerləşdikləri ünvanların siyahısını göndərməli, bununla yanaşı təhsil müəssisələrinin rəhbərlərinə dezinfeksiya işləri aparmaq üçün şəraitin yaradılmasına dair göstəriş verməlidir:

«Bu məsələlər həll olunandan sonra biz işə başlaya bilərik. Gözlənilir ki, yaxın günlərdə dezinfeksiya işlərinə başlamaq mümkün olacaq».

Vaqif Abdullayevin dediyinə görə, hələ ki, ali məktəblər arasında yalnız Azərbaycan Tibb Universitetində birdəfəlik dezinfeksiya işləri aparılıb. Ötən həftə həmçinin Bakı, Gəncə və Sumqayıt şəhərlərindəki orta ümumtəhsil məktəbləri də qrip və kəskin respirator xəstəliklərin yayılması əleyhinə birdəfəlik dezinfeksiya olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG