Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:19

Qaradağda ölümlə nəticələnən qəza baş verib


Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Qaradağ rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, səhər saatlarında "Ford" markalı mikroavtobus "QAZ" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində həlak olub, maşınlarda olan 4 nəfərsə yaralanıb.

Qəzanın səbəbi araşdırılır.
XS
SM
MD
LG