Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:47

Ilham Əliyev və Serj Sarkisyan bu ay görüşəcək


«Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələri davam etdirməyə hazırdır». ATƏT-in Minsk qrupunun noyabrın 6-da verdiyi bəyanatda belə qeyd olunur.

Həmsədrlər bildirirlər ki, İlham Əliyev və Serj Sarkisyan həmsədrlərin təklifi ilə növbəti dəfə - noyabr ayının sonunadək görüşməyə razılıq veriblər.
«Görüşün keçiriləcəyi tarix və yer hələ razılaşdırılmalıdır».

İki ölkə prezidenti bu il ərzində beş dəfə görüşüb.

ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrın 4-6-da Azərbaycana və Ermənistana səfər ediblər.

Onlar noyabrın 5-də - Yerevana səfərdən əvvəl Bakıda prezidenti İlham Əliyev ilə, noyabrın 6-da isə Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər.

Həmsədrlər İlham Əliyev ilə ikinci görüşün keçirilməsi üçün noyabrın 6-da Bakıya qayıdıblar.
XS
SM
MD
LG