Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:00

Qılman İlkinlə vida mərasimi keçirlir


Noyabrın 7-də xalq yazıçısı Qılman İlkinlə Azərbaycan Dövlət Pedaqoji Universitetində vida mərasimi keçirilir.

Vida mərasimi saat 15:00-dək davam edəcək. Sonra yazıçı II Fəxri Xiyabanda dəfn olunacaq.

Azərbaycanın xalq yazıçısı dünən 96 yaşında ürək çatışmazlığından vəfat edib.

Q. İlkin 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Axundov adına Dövlət mükafatı laureatı, Azərbaycanın əməkdar incəsənət xadimi, xalq yazıçısı, prezidentin fərdi təqaüdçüsüdür. İki dəfə «Qırmızı əmək bayrağı» ordeninə, Qafqaz xalqları ali dini şurasının «Paklıq» mükafatına layiq görülüb.

İndiyə qədər 30-da qədər kitabı işıq üzü görüb. O, «Kölgələr sürünür», «Yenilməz batalyon» bədii filmlərinin və bir neçə televiziya filminin ssenari müəllifi olub. /AnsPress/
XS
SM
MD
LG