Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:55

ABŞ hökuməti Texasdakı hadisənin səbəbini araşdırır


ABŞ hökuməti ötən cümə axşamı Texastakı hərbi bazada ölümlə nəticələnmiş insidentin səbəbini araşdırır.

Hərbi psixiatr Nidal Malik Həsən atəş açaraq 13 adamı öldürüb,30 nəfərisə yaralayıb.

Həmçinin onun ozü cavab atəşiylə yaralanıb və hazırda xəstəxanada huşsuz vəziyyətdədi.

Şahidlərin dediklərinə görə Həsən atəş açarkən “ Allahu Əkbər” deyə çığırırmış.

Amma müstəntiqlər deyir ki, hələlik bunun terror aktı olduğunu göstərən dəlillər yoxdur.

39 yaşlı Nidal Malik Həsən Fələstindən gəlmiş immiqrant ailəsində doğulub.

Ailəsi deyir ki, o həmişə əsgər yoldaşlarının davranışından gileylənirmiş.

ABŞ prezidenti Barak Obama faciəylə bağlı bütün faktlar üzə çıxmamış tələsik qərar verməməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG