Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:04

XİN Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi


Kiyevdə A/H1N1 virusu, 5 noyabr 2009

Kiyevdə A/H1N1 virusu, 5 noyabr 2009

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarına A/H1N1 virusunun yayılması ilə əlaqədar xəbərdarlıq edib.

Xəbərdarlıqda bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 17 oktyabr 2009-cu ilə olan məlumatına əsasən, dünya üzrə 414 mindən çox laborator təsdiq olunmuş virus qripi ilə xəstə qeydə alınıb və 5 min nəfər bu xəstəlikdən ölüb.

2009-cu ildə dünya üzrə H1N1 virusuna yoluxma hallarının təsdiqləndiyi ölkələr bunlardır:

ABŞ, Almaniya, Argentina, Avstriya, Avstraliya, Antil Adaları, Antiqua və Barbuda, Bermud Adaları, Baham adaları, Barbados, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bruney, Böyük Britaniya, Britaniya Virgin Adaları, Boliviya, Bolqarıstan, Belçika, Braziliya, Bosniya və Hersoqovina, Çin, Çili, Çex Respublikası, Danimarka, Dominikan Respublikası, Dominika, Əlcəzair, Efiopiya, Ekvador, El Salvador, Estoniya, Fici, Finlandiya, Fransa, Fransa Polineziyası, Filippin, Hindistan, Honduras, İran, İraq, İspaniya, İsveç, İsveçrə, İrlandiya, İslandiya, İsrail, İtaliya, İordaniya, Kamboca, Kayman Adaları, Kolumbiya, Kabo-Verde, Kot d'İvuar, Kosta Rika, Keniya, Kuba, Kipr, Kanada Koreya Respublikası, Kuba, Küveyt, Laos, Lüksemburq, Livan, Liviya, Latviya, Litva, Keçmiş Yuqoslaviya Respublikası Makedoniya, Misir, Malayziya, Martinike, Macarıstan, Malta, Mavriki, Monako, Monqolustan, Myanma, Nepal, Niderland, Norveç, Nikaraqua, Oman, Panama, Papua Yeni Qvineya, Palau, Paraqvay, Peru, Polşa, Portuqaliya, Puerto-Riko, Qayana, Qvatemala, Ruanda, Rumıniya, Rusiya, Samoa, Sinqapur, Serbiya, Səudiyyə Ərəbistanı, Sao Tome və Prinsipi, Sloveniya, Slovakiya, Surinam, Suriya, Şri Lanka, Sent Lusiya, Tailand, Türkiyə, Trinidad və Tobaqo, Tunis, Ukrayna, Uqanda, Uruqvay, Vanuatu, Venesuela, Vircin Adaları, Vyetnam, Yəmən, Yunanıstan, Yeni Zelandiya, Yamayka, Yaponiyada və İordan çayının Qərb sahili və Qəzza zolağı. Bu ölkələrdə olan və səfər etməyə hazırlaşan vətəndaşlara ehtiyatlı olmaq məsləhət görülür.

Bütün bunları nəzərə alaraq Azərbaycan Xarici İşlər Nazirliyi xarici ölkələrə səyahət edən Azərbaycan Respublikası vətəndaşlarına ehtiyatlı olmağı və virusa yoluxduqda və ya yoluxma halları ilə rastlaşdıqda həkimə müraciət etməyi tövsiyə edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG