Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:02

Xodorkovskiyə simfoniya həsr edilib


Dünyaca məşhur Estoniya bəstəkarı Arvo Part Rusiyada həbsdə yatan Yukos neft şirkətinin keçmiş prezidenti Mixail Xodorkovskiyə simfoniya həsr edib.

Bu gün Moskvada simfoniyanın təqdimat mərasimi keçirilib.

74 yaşlı bəstəkarın şəxsi saytında məlumat verilir ki, o, “Dördüncü Simfoniya”nı Xodorkovski və Rusiyada həbsdə olan başqa hüquqsuz adamlara həsr edib.

Mixail Xodorkovski vergi cinayətlərində ittiham olunaraq 2003-cü ildə həbs olunub. Onu səkkiz il müddətinə azadlıqdan məhrum ediblər. Amma tərəfdarları bu həbsin siyasi motivli olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG