Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:21

Hərbi bazada ölənlərin sayı 13-ə çatdı


Dünən ABŞ-da Texas ştatında hərbi bazada bir zabitin dəlicəsinə qarşısına gələni güllələməsinə görə ölənlərin sayı 13 nəfərə çatıb. 30 da yaralı var. Ordu hadisəni törədənin 39 yaşlı mayor Nidal Malik Həsən olduğunu bildirir. Polis onu yaralı ələ keçirib.

Həsən ABŞ-da fələstinli miqrantın ailəsində doöulub, müsəlmandır. O, Vaşinqtondakı Hərbi Hospitalda psixiator kimi çalışırmış. Hələlik hadisənin səbəbi haqqında ətraflı məlumat yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG