Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:35

Azərbaycan alimləri brusellyoz xəstəliyinin dərmanını tapıblar


Azərbaycanda baytarlıq mütəxəssisləri və alimlər brusellyoz əleyhinə yeni bioloji aktiv maddə yaradıb. Yeni bioloji aktiv maddə brusellyoz xəstəliyinə tutulmuş bütün növ heyvanların bir həftə ərzində 100 faiz sağalmasına səbəb olur. Bu aqda Kənd Təsərrüfatı Naziliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov əlumat verib.

Onun sözlərinə görə, yeni bioloji aktiv maddənin müəllifləri Azərbaycan alimi Elxan Babayev, baytarlıq mütəxəssisləri İsmayıl Həsənov və Kliment Əsədovdur. Mütəxəssilər maddənin alınması üçün 4 il tədqiqatlar aparıb. “Brusellyoz əleyhinə yeni bioloji aktiv maddə təbii birləşmələr əsasında alınıb. Quruluşuna görə bu bioloji aktiv maddənin dünyada analoqu yoxdur”.

XS
SM
MD
LG