Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:20

Bakıda Rus İcmasının qurultayı keçirlir


“Ruslar harada yaşayıblarsa, rus olduqlarını unutmayıblar, kilsə, ibadət evi, monastr tikiblər, bu isə rus mentalitetindən irəli gəlir”. Bunu Bakı və Xəzərətrafı pravoslav yeparxiyasının yepiskopu Vladıka Aleksandr bu gün Bakıda açılan Rus İcmasının 3-cü qurultayında deyib.

Rus icmasının rəhbəri Mixail Zabelin isə rusların Azərbaycanda əmin-amanlıq içində yaşadığını, ciddi problemlərlə üzləşmədiklərini bildirib. Problemlərdən danışanda isə Zabelin deyib ki, rus gənclər Azərbaycan dilini zəif bildiklərinə görə ölkənin ictimai-siyasi həyatında zəif iştirak edir, cəmiyyətə tam inteqrasiya oluna bilmirlər. İcma sədri bununla bağlı layihələr hazırlandığını da bildirib.

XS
SM
MD
LG