Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:46

Qılman İlkin vəfat edib


Noyabrın 6-ı tanınmış Azərbaycan yazıçısı Qılman İlkin (Musayev) ömrünün 95-ci ilində vəfat edib.

Qılman İlkin 11 aprel 1914-cü ildə Bakıda anadan olub. Azərbaycan Pedaqoji İnstitutunu bitirib. Xaçmaz rayonunda kənd məktəbində direktor və müəllim kimi əmək fəaliyyətinə başlayan Q.İlkin sonralar «Gənc işçi» qəzetində, «Uşaqgəncnəşr» nəşriyyatında çalışıb.

İkinci Dünya müharibəsi illərində o, Cənubi və Şimali Qafqaz cəbhələrində, habelə İranda hərbi müxbir olub, Təbrizdə dərc edilən «Vətən yolunda» qəzetinin redaksiyasında işləyib.

Müharibədən sonra Q.İlkin Azərbaycan Dövlət Universitetinin baş müəllimi, «Azərnəşr»in baş redaktoru və direktoru, «Azərbaycan» jurnalının baş redaktoru olub.

«Yaralı şəhər» hekayəsi ilə ədəbi yaradıcılığa başlayan Q.İlkin sonrakı illərdə «Həyat yollarında», «Dağlı məhəlləsi», «Madam Gedri», «Şimal küləyi», «Dəniz qapısı», «Yazılı daş», «Bakı və bakılılar» və s. kitablar dərc etdirib.

Q.İlkinin romanının motivləri əsasında «Yenilməz batalyon» bədii filmi çəkilib, onun «Cərrahlar», «Tayqa nağılı», «Geriyə yol yoxdur» və s. əsərləri eyniadlı televiziya pyeslərinin süjeti olub.

/Turan/

Günün bütün mövzuları

XS
SM
MD
LG