Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:53

Serbiya Avropa Birliyinin üzvü olmaq istəyir


Serbiya Avropa Birliyinə üzv olmaq xahişi ilə 2009-cu ilin dekabrına qədər quruma rəsmi müraciət edəcək. Bu haqda Serbiyanın xarici işlər naziri Vuk Yeremiç bildirib.

Nazir deyib ki, Serbiyanın üzvlüyünə etiraz edən ölkələr gərək üzvlük danışıqlarına başlanmasına imkan versinlər. Serbiyanın üzvlük müraciətinə qarşı çıxan Niderland BMT tərəfindən müharibə cinayətlərində ittiham olunan Bosniya serbi Ratko Mladiçin həbs edilməsini istəyir.

Niderland deyir ki, bu həbs Serbiyanın üzvlüyü üçün ilkin şərt kimi qoyulmalıdır. Serbiya rəsmiləri isə deyirlər ki, onlar Mladiçin yerini müəyyənləşdirə bilmirlər.

XS
SM
MD
LG