Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:43

BMT Qəzzayla bağlı qətnamə qəbul edib


BMT-nin Baş Məclisi İsrail və Fələstini Qəzza sektorundakı son qanlı münaqişəylə bağlı BMT-nin hesabatında xatırladılan müharibə cinayətlərini araşdırmağa çağıran qətnamə qəbul edib. 114 ölkə ərəb dövlətlərinin hazırladığı qətnamə layihəsinin lehinə səs verib. 18 ölkə əleyhinə olub, 44 ölkə isə bitərəf qalıb.

Sənəd BMT-nin Təhlükəsizlik Şurasına göndəriləcək. Hərçənd şərhçilər bu qurumun hansısa konkret tədbir görməyə həvəsli olmadığını bildirirlər.

Hesabatda 1300 fələstinlinin və 13 israillinin ölümü ilə nəticələnən münaqişəyə görə hər iki tərəf qınansa da, əsas günahkar kimi İsrail göstərilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG