Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:03

Şeyxülislamın ad günü geniş tədbirlərlə qeyd olunur


Şeyxülislam Allahşükür Paşazadənin 60 yaşı tamam olur
Şeyxülislam Allahşükür Paşazadənin 60 yaşı tamam olur
Noyabrın 6-sı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin 60 illik yubileyi ilə bağlı Bakıda «Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru» beynəlxalq konfrans işinə başlayır.

Tədbir günorta saat 2-də «Gülüstan» sarayında başlayacaq və noyabrın 7-də Təzə Pir məscid kompleksinin böyük zalında davam edəcək.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Allahşükür Paşazadənin ad günüylə bağlı Bakıya dünya dinlərinin, tədbirə dəvəti qəbul edən dövlətlərin rəsmi təmsilçilərinin 150-yə yaxın nümayəndə heyəti gəlib.

Qonaqlar arasında Moskva və Bütün Rusiya patriarxı, Minsk mitropoliti, Roma katolik kilsəsinin nümayəndələri, Orta Asiyanın və Rusiyanın islam dini rəhbərləri, İslam Konfransı Təşkilatının (İKT) baş katibi İkmələddin Ehsanoğlu, ərəb dünyasının dini rəhbərləri və dövlət təmsilçiləri var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG