Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:07

«Meşə qardaşları»nın 26 üzvünə hökm oxunub


Noyabrın 5-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Meşə qardaşları» kimi tanınan silahlı birləşmənin 26 üzvünə hökm oxunub. Təqsirləndirilən şəxslər arasında Bakıdakı «Əbu-Bəkr» məscidində törədilmiş partlayışda təqsirləndirilənlər də var.

Məhkəmənin hökmü ilə Elnur Bəşirov 15 il (3 ilini Qobustan qapalı tipli cəza müəssisəsində keçirməklə), Qüdrət Məlikov 15 il, Xalid Vəlimətov 14 il, Ülfət Məlikov 13 il, Vahid Əsədov 15 il, Rusiya vətəndaşı Maqomed İsayev 15 il, Kamran Bozargi 8 il, Zabit Şıxbabayev 7 il, Samir Mehdiyev 8 il, Anar Vəlimətov 8 il, Fariz Məmmədov 8 il, Rasim İsgəndərov 8 il, Elşən Allahverdiyev 8 il, Taleh Məhərrəmov 8 il, Rafiq Ağacanov 6 il, Azər Baxışov 6 il, Zaur Cəfərov 6 il, Teymur Nərimanov 6 il, Aleksandr Nurəliyev 5 il 6 ay, Musa Orucov 5 il, Məmməd Məmmədov 5 il 6 ay, Elxan Osmanov 6 il, Rüfət Rzayev 5 il 6 ay, Sərdar Bünyadov 5 il 6 ay, Türkiyə vətəndaşları Yamin Ali 6 il, Özdəmir Ergin isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə hökmündə qeyd olunur ki, dəstə üzvləri Zaqatala rayonundan olan və Çeçenistanda döyüşən «Əbdülməcid» ləqəbli İlqar Mollaçiyevin və onun «Süleyman» ləqəbli yaxın qohumu Samir Mehdiyevin başçılıq etdiyi qanunsuz silahlı birləşmə tərkibində hərbi təlimlər keçiblər.

Bir neçə dəfə sərhədi qanunsuz keçərək Çeçenistana gediblər və orada Rusiya qoşunlarına qarşı döyüşüblər. Təqsirləndirilən şəxslərin əksəriyyətinə bu ittihamlarla yanaşı narkotik vasitələrdən istifadə və qanunsuz silah gəzdirmə ittihamları da verilib.

Lakin təqsirləndirilən şəxslər məhkəmədə səslənən ittihamları qəbul etməyiblər. Onlar ittihamların ibtidai istintaq orqanı tərəfindən şişirdildiyini bildiriblər.
XS
SM
MD
LG