Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:54

Azərbaycanlı alimin azadlığı üçün 100 min dollar girov tələb olunur


Həm R.Əliyevin ailə üzvləri, həm də Müdafiə Komitəsi onun viza rejimini pozması versiyasına inanmırlar
Həm R.Əliyevin ailə üzvləri, həm də Müdafiə Komitəsi onun viza rejimini pozması versiyasına inanmırlar
İranda həbsdə olan azərbaycanlı alim Rəşid Əliyevin azadlığa buraxılması üçün 100 min dollar girov tələb olunur.

Rəşid Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri, «Lazer» Elmi-Texniki Mərkəzin direktoru Soltan Həmid Məlikov AzadlıqRadiosuna belə deyir.

Onun sözlərinə görə, R.Əliyev noyabrın 5-də ailə üzvlərilə telefonla danışanda işi aparan müstəntiqin belə bir təkliflə çıxış etdiyini bildirib.

R.Əliyev məsələ ilə bağlı onu İrana dəvət edən «Sazan Electronics Industry Company»nin rəhbərilə danışdığını və şirkətin həmin məbləği ödəməyə razı olduğunu da bildirib.

Soltan Həmid Məlikov həmçinin deyir ki, noyabrın 4-də Azərbaycan Xarici İşlər Nazirliyində olub, İrana təyin edilmiş yeni səfir və digər rəsmi şəxslərlə görüşüb:

«Mən Rəşid Əliyevlə bağlı bütün məlumatları onlara çatdırdım. Onlar da bu məsələnin sürətləndirilməsi istiqamətində addımlar atacaqlarını dedilər».

İranın Bakıdakı səfirliyindən isə AzadlıqRadiosuna məsələnin araşdırıldığını və açıqlanacaq hər hansı yeni məlumatın olmadığını deyiblər.

Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi Tədqiqat İnstitutunun Bioloji sistemlər fizikası laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev İranda ötən il oktyabrın 6-da həbs edilib.

Bəzi xəbərlərə görə, alim viza rejimini pozduğuna görə həbs edilib.

Ancaq həm R.Əliyevin ailə üzvləri, həm də Müdafiə Komitəsi onun viza rejimini pozması versiyasına inanmırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG