Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:55

«Frans-Press»in iranlı müxbiri həbs edilib


İranın təhlükəsizlik qüvvələri «Frans-Press» agentliyinə işləyən iranlı müxbiri həbs edib.

Agentliyin Tehran bürosunun rəhbəri Cay Deşmux bildirib ki, müxbirləri Fərhad Poladi noyabrın 4-də Tehranda keçirilən nümayişləri işıqlandırmaq üçün gedərkən həbs edilib.

Jurnalistin hazırda harada olduğu məlum deyil.

Küçədən birbaşa məlumat çatdırmağı İran hökuməti xarici mətbuata qadağan edib.

Dünən İranda 1979-cu ildə ABŞ səfirliyinin tutulmasının 30-cu ildönümü ilə bağlı antiamerika mitinqinin keçirildiyi bir vaxtda Tehranda müxalifət tərəfdarları prezident Əhmədinejata qarşı etiraz aksiyasına çıxıblar.
XS
SM
MD
LG