Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:00

«Donuz qripi»nə yoluxan xəstənin vəziyyəti stabilləşir


«Donuz qripi»nə yoluxan xəstənin vəziyyəti stabilləşməyə doğru gedir. Bu barədə məlumatı AzadlıqRadiosuna Səhiyyə Nazirliyinin Sanitar Epedimologiya şöbəsinin müdiri Viktor Qasımov məlumat verib: «Vəziyyəti stabildir, müəyyən müsbət dinamika var».

Onun sözlərinə görə, hələ ki bu virusa yoluxma ilə bağlı digər hadisə qeydə alınmayıb.

«Donuz qripi»nin bu il sayca üçüncü daşıyıcısı noyabrın 4-də qeydə alınıb. Ukraynadan Azərbaycana qatarla gələn həmin şəxsin bir neçə gün sonra halı pisləşib və müayinə zamanı onda H1N1 virusu aşkarlanıb.

Bundan sonra həmin şəxs Bakıdakı Ağ Ciyər Xəstəlikləri İnstitutuna yerləşdirilib. Bu ilin yayında daha iki nəfərdə bu virus aşkarlanmışdı. Amma onlar bir müddət müalicə olunandan sonra evə buraxılıblar.
XS
SM
MD
LG