Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:16

Həmsədrlər Bakıdadır


ATƏT-in Minsk Qrupunun fransalı və rusiyalı həmsədrləri Bakıya gəliblər. Amerikalı həmsədr Robert Bradtke isə artıq üç gündür Azərbaycandadır.

Bu gün həmsədrlər prezident İlham Əliyev, Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşlər keçirəcək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi ilə bağlı müzakirələr aparacaqlar.

Vasitəçilərin Azərbaycan prezidentinə erməni həmkarı ilə yenidən görüşməyi təklif edəcəyi gözlənilir.

Oktyabrın 8-də Kişinyovda keçirilən prezidentlərin son görüşündən sonra vasitəçilər yaxın zamanlarda prezidentlərin yeni görüşünün təşkil olunacağını bəyan etmişdilər.
XS
SM
MD
LG