Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:03

H.Əliyev adına Ali Hərbi Məktəbin rəisi dəyişdi


Azərbaycan Müdafiə Nazirliyində kadr dəyişiklikləri baş verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu «APA»ya bildirib ki, nazirliyin «N» sayı hərbi birləşmənin komandiri Mahmud Həmzəyev təqaüdə göndərilib.

Məlumata görə, Müdafiə Nazirliyinin Heydər Əliyev adına Ali Hərbi Məktəbinin rəisi Heydər Piriyev isə başqa bir korpusa qərargah rəisi təyin edilib.
XS
SM
MD
LG