Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:54

BMT Əfqanıstandakı işçilərini köçürür


BMT Əfqanıstandakı işçilərinin yarıdan çoxunun yerini müvəqqəti olaraq dəyişir. Bu addım ötən həftə Taliban yaraqlılarının BMT işçilərinə hücumundan sonra atılır.

Sözçü Alim Siddiq deyib ki, təxminən 600 əvəz edilə bilən işçi bir neçə həftəliyinə daha təhlükəsiz ərazilərə köçürüləcək.

Oktyabrın 28-də Kabildə BMT-nin qonaq evinə hücum zamanı 5 BMT əməkdaşı ölüb.

Hücumdan sonra BMT Baş Katibi Ban Ki Mun demişdi ki, BMT-nin Əfqanıstan və Pakistandan əməkdaşlarını köçürmək niyyəti yoxdur.
XS
SM
MD
LG